Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Hazırda oxunan: Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

619304

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin səmada toqquşması nəticəsində dəhşətli aviasiya qəzası baş verib. Hadisə nəticəsində 6 nəfər həyatını itirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmadan sonra helikopterlərdən biri şəhərdəki avtomobil parklarından birinin üzərinə düşüb.
 

Zərbənin gücündən hadisə yerində dərhal güclü yanğın başlayıb. Alov qısa müddətdə parkda dayanan nəqliyyat vasitələrinə keçib və nəticədə 20-yə yaxın avtomobil tamamilə yanaraq kül olub.


Hazırda qəza zonasında xilasedicilər və yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. Aviasiya ekspertləri və hüquq-mühafizə orqanları faciənin başvermə səbəblərini araşdırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO