Leysan yağışları Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala saldı – FOTO/VİDEO

Leysan yağışları Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala saldı – FOTO/VİDEO

Hazırda oxunan: Leysan yağışları Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala saldı – FOTO/VİDEO

618273

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində bu yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib, sakinlər alternativ yoldan istifadə edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel nəticəsində yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda kəndə gedən yol təhlüksizlik baxımında bağlanıb.

Hadisədən sonra əraziyə aidiyyatı qurumların əməkdaşları baxış keçirib, yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır.

Belə ki, müvafiq idarələrin ağır texnika və maşınları çayda məcratənzimləmə işləri aparırlar. Verilən məlumata əsasən qarşıdakı iki gün ərzində sel daşqınları nəticəsində dağılan yol bərpa olunacaq.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO