Rusiyada qəhəng qumar şəbəkəsinə zərbə: 24 nəfər saxlanıldı - VİDEO

Rusiyada qəhəng qumar şəbəkəsinə zərbə: 24 nəfər saxlanıldı - VİDEO

Hazırda oxunan: Rusiyada qəhəng qumar şəbəkəsinə zərbə: 24 nəfər saxlanıldı - VİDEO

617911

Rusiyada qanunsuz qumar oyunlarının maliyyə dövriyyəsini təmin edən nəhəng cinayət şəbəkəsinə qarşı irəliməsşli xüsusi əməliyyat keçirilib. Federal Təhlükəsizlik Xidməti (FTX) və İstintaq Komitəsinin birgə fəaliyyəti nəticəsində qanunsuz onlayn kazinoların pul köçürmələrini idarə edən mütəşəkkil cinayətkar dəstə ifşa olunub.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən cinayətkar qrup ölkə ərazisində fəaliyyəti qadağan olunmuş onlarla məşhur onlayn kazino platformasının (o cümlədən "Pin-Up", "Pinco", "FreshCasino", "Leon", "MelBet", "MostBet", "Azino" və "888Casino") maliyyə əməliyyatlarını həyata keçirən xüsusi servis platformasına nəzarət edirmiş.

İstintaqın məlumatına görə, cinayətkar şəbəkənin yaratdığı bu sistem vasitəsilə hər gün minlərlə qanunsuz pul köçürməsi və mərc qəbulu əməliyyatları icra olunub.

Əməliyyat çərçivəsində dəstə üzvlərinin yaşadıqları dəbdəbəli malikanələrdə və onlara məxsus 4 ofis binasında irimiqyaslı axtarışlar aparılıb. Baxış zamanı külli miqdarda nağd pul, yüzlərlə bank kartı, qızıl-zinət əşyaları və qiymətli xarici markaların nadir modellərindən ibarət zəngin avtoparklar aşkar edilərək götürülüb.
 

Rəsmi açıqlamaya əsasən, hazırda cinayətkar birliyin 24 üzvü saxlanılıb və onlara qarşı qanunsuz qumar oyunlarının təşkili, cinayətkar dəstə yaratma və qanunsuz pul dövriyyəsi maddələri ilə ittiham irəli sürülüb. Şəbəkənin daha 8 üzvü isə axtarışa verilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin aşkar edilmiş bütün daşınar və daşınmaz əmlak fonduna həbs qoyulub.


Cinayət yolu ilə əldə edilmiş gəlirlərin dəqiq həcmini müəyyənləşdirmək məqsədilə məhkəmə-maliyyə ekspertizası təyin edilib, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO