Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Hazırda oxunan: Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO
611640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mehdiabad ərazisində baxımsız vəziyyətdə tapılan azyaşlı uşaq polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Baku TV-yə açıqlama verib.
 

O bildirib ki, uşaq təxminən iki gün əvvəl Fatmayı qəbiristanlığı yaxınlığında, məscid ətrafında aşkarlanıb.


"Uşağın anası rəsmi şəkildə, notarial qaydada övladından imtina etdiyini bildirib. Azyaşlı artıq bütün tibbi müayinələrdən keçirilib, onun doğum haqqında şəhadətnaməsi var", - deyə K.Ağazadə qeyd edib.

Birliyin sədri həmçinin uşağın anasının erkən evliliyin qurbanı olduğunu və ağır sosial vəziyyətdə yaşadığını vurğulayıb:

"Ananın hələ 20 yaşı tamam olmayıb. Məlumata görə, bu uşaqdan başqa daha bir övladı olub, lakin o, altı aylıq olarkən dünyasını dəyişib. Ana bildirib ki, uşağı tez-tez evdə tək qoyaraq işləməyə gedirmiş. Onlar müxtəlif ünvanlarda kirayədə yaşayıblar və davranışlarına görə yaşayış yerlərini tez-tez dəyişməli olublar".

K.Ağazadə uşağın tapılan zaman ağır vəziyyətdə olduğunu da əlavə edib:

"Uşaq sığınacağa gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları təmin ediblər. O, göz kontaktı qurmur, adına reaksiya verməsi üçün bir neçə dəfə səsləmək lazım gəlir".

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın vəziyyəti qiymətləndirilir. Müvafiq müayinələr başa çatdıqdan sonra azyaşlının mənafeyinə uyğun olaraq, onun sosial qayğı ilə təmin edilməsi istiqamətində zəruri addımlar atılacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO