ABŞ və İran arasında gərginliyin artması və Hörmüz boğazında blokadanın davam etməsi fonunda bölgədə dəniz nəqliyyatında ciddi sıxlıq yaranıb.
Bizim.Media bu barədə “Azad İran” teleqram kanalında istinadla xəbər verir.
Kanalın məlumatına görə, Hörmüz boğazından keçmək istəyən çoxsaylı yük və tanker gəmiləri hazırda boğazın girişində növbə gözləməyə məcbur qalıb. Bu vəziyyət beynəlxalq ticarət və enerji daşımalarında gecikmələrə səbəb olur.
Qeyd edilib ki, Hörmüz boğazı dünya enerji bazarı üçün əsas strateji marşrutlardan biri sayılır və burada yaranan hər bir fasilə qlobal neft və qaz daşımalarına birbaşa təsir göstərir.
Bizim.Media




































































































