Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

Hazırda oxunan: Yaponiya ABŞ-dan ilk xam neft partiyasını aldı - VİDEO

609495

Yaponiya ABŞ-dan ilk xam neft partiyasını qəbul edib.

Bizim.Media xəbər verir ki, “OTIS” tankeri Texasdan təxminən 910 min barel yüngül neft gətirib.
 

Məlumata görə, tanker təxminən 35 günlük səfərdən sonra Panama kanalı vasitəsilə Tokio yaxınlığındakı neft emalı zavoduna çatıb.


Bu marşrutla tanker Hörmüz boğazından yan keçib.

Qeyd olunur ki, Yaponiya adətən neftinin təxminən 90 faizini Yaxın Şərqdən alır. ABŞ-dan neft tədarükü isə regiondakı gərginlik və Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda xüsusi əhəmiyyət daşıyır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO