Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto

Hazırda oxunan: Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto
648293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ştatların kənd təsərrüfatı nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
 

Nazir Məcnun Məmmədov Azərbaycanın aqrar sahədə elmi potensialının inkişafı, tədqiqat institutlarının müasirləşdirilməsi və onların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.


O, ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan model üzrə inkişafı istiqamətində görülən işlərdən də bəhs edib.

Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edildiyini diqqətə çatdıran nazir bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-nin elmi-tədqiqat təcrübəsinin əhəmiyyətli töhfə verə biləcəyini bildirib.

ABŞ kənd təsərrüfatı nazirinin birinci müavini Stephen Vaden iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması istiqamətində işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin hazırladığı memorandum layihəsi ABŞ tərəfinə təqdim olunub və hazırda sənəd üzərində müzakirələr aparılır.

Stephen Vaden memorandum çərçivəsində biotexnologiyalar, eləcə də heyvandarlıqda seleksiya və damazlıq işi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Bu istiqamətlər üzrə Azərbaycanın təcrübəsinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin aqrar məhsulların ticarətinin genişləndirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında memorandum layihəsi ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 1
Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 2
Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 3
Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 4
Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 5
Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - Foto - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO