Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT – VİDEO

Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT – VİDEO

Hazırda oxunan: Polad Həşimov küçəsində evlərin sökülməsi iddiasına RƏSMİ MÜNASİBƏT – VİDEO
608239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xətai rayonu ərazisindəki Polad Həşimov küçəsində yerləşən evlərin söküləcəyi və sakinlərə kompensasiya veriləcəyi ilə bağlı iddialar yayılıb.

Bizim.Media “Oxu.Az”a istinadla xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Videoda üzərində ərazinin xəritəsi olan məlumat lövhəsi və yaxınlıqdakı tikinti texnikası yer alır.
 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı  bildirilib ki, yayılan məlumat dezinformasiyadır.


"Qeyd olunan ərazidə evlərin sökülməsi ilə bağlı hazırda hər hansı rəsmi məlumat mövcud deyil. Elə bir hal olarsa, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. Ərazidəki lövhə isə Zığ-Hövsan yeni tullantı su kollektorunun çəkilməsi istiqamətində işlərin görüldüyünü əks etdirir", - deyə məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO