Qoyunları canavardan qorumağın qeyri-adi üsulu - VİDEO

Qoyunları canavardan qorumağın qeyri-adi üsulu - VİDEO

Hazırda oxunan: Qoyunları canavardan qorumağın qeyri-adi üsulu - VİDEO

621168

Avstriyanın Alp dağları bölgəsində canavarların sürülərə hücumları heyvandarlar üçün ciddi problemə çevrilib. Bu təhlükəyə qarşı mübarizə aparmaq istəyən fermer Rudolf Şaubax üç il ərzində qeyri-adi qoruyucu vasitə hazırlayıb.

Bizim.Media “MK.ru”ya istinadla xəbər verir ki, fermerin hazırladığı “zireh” qoyunların üzərinə geyindirilən, iti tikanlarla örtülmüş yüngül polimer tor quruluşundan ibarətdir. 

Qurğu heyvanların otlamasına və sərbəst hərəkət etməsinə mane olmur. İxtiraçı hesab edir ki, canavar qoyunu dişləməyə çalışarkən tikanlara görə ağrı hiss edəcək və gələcəkdə sürüyə yaxınlaşmaqdan çəkinəcək.

Lakin yenilik heyvandarlar arasında birmənalı qarşılanmayıb. Təxminən min qoyunu olan fermer Rene Kryuger bu ideyanı praktik olmayan həll adlandırıb.

Kənd təsərrüfatı təşkilatları da layihənin geniş tətbiqinin iqtisadi cəhətdən məqsədəuyğun olmadığını bildirirlər. Buna baxmayaraq, Şaubax ixtirasının canavar hücumlarının qarşısının alınmasında effektiv ola biləcəyini düşünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO