Ağ Ev lideri Donald Tramp bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
Hazırda Pekində dövlət səfərində olan Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlarının gedişatını müzakirə edərkən bildirib ki, Çin lideri onu ikinci müddətində qazandığı uğurlara görə təbrik edib.
Administrasiyasının nailiyyətləri arasında Tramp xüsusilə Venesuela üzərində hərbi qələbəni, onunla inkişaf edən münasibətləri və İranın hərbi cəhətdən "məhv edilməsini" qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb. Daha sonra atəşkəs qeyri-müəyyən müddətədək uzadılıb.
Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib. Blokada hələ də davam edir.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:23 / 15.05.2026
Trampdan müharibə ANONSU – Əməliyyatlar davam edəcək... – FOTO
Hazırda oxunan: Trampdan müharibə ANONSU – Əməliyyatlar davam edəcək... – FOTO
Hazırda oxunan: Trampdan müharibə ANONSU – Əməliyyatlar davam edəcək... – FOTO
613231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































