Kamal Qazıyevə bu Komitədə yüksək vəzifə verildi

Kamal Qazıyevə bu Komitədə yüksək vəzifə verildi

Hazırda oxunan: Kamal Qazıyevə bu Komitədə yüksək vəzifə verildi
639013
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19 il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub.
 

O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri vəzifəsində işləyib.


Xatırladaq ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib, həmin funksional istiqamətlər üzrə statistikanın aparılması məqsədilə Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yaradılıb. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO