Qeydiyyatsız evlərin sənədləşməsində daha bir YENİLİK –VİDEO

Qeydiyyatsız evlərin sənədləşməsində daha bir YENİLİK –VİDEO

Hazırda oxunan: Qeydiyyatsız evlərin sənədləşməsində daha bir YENİLİK –VİDEO

621181

Azərbaycanda bütün daşınmaz əmlaklar, o cümlədən torpaq sahələri mülkiyyət növündən asılı olmayaraq vahid elektron sistemdə birləşəcək.
 
Bizim.Media xəbər verir ki, torpaq Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, dövlət kadastrı müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə tam elektron qaydada aparılacaq.

Artıq dövlət kadastrına məlumatların daxil ediləcəyi konkret hallar və müddətlər də müəyyənləşib. Bura ilkin qeydiyyat müraciətləri, sənədlərin dəyişməsi və dövlət sifarişləri daxildir.
 

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, yeni sistem illərdir həllini gözləyən sənədsiz evlər probleminin tənzimlənməsinə hüquqi zəmin yaradır.


 Vüqar Oruc bildirib ki, indiyə qədər kadastr uçotunun tam aparılmaması səbəbindən xeyli sayda pay torpaqları qanunsuz olaraq həyətyanı sahə kimi satılıb. Yeni qanun layihəsi bu növ neqativ halların qarşısını tamamilə alacaq. Lakin, indiyədək reallaşan faktiki qeyri-rəsmi satışların leqallaşdırılması üçün xüsusi addımların atılmasına ehtiyac var.
 
Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO