Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Hazırda oxunan: Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

611325

Xəbər verdiyimiz kimi, ötən gün axşam Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, uşaq Mehdiabad polis bölməsi tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında 2 yaşlı uşaqla bağlı bəzi detalları açıqlayıb.

O, bildirib ki, uşağın valideynləri valideynlik hüququndan məhrum edilə bilər:

“Uşağın hazırda durumu normaldır və sığınacaqdadır. Onunla bağlı sənədlər hazırda bizdədir. Bu məsələ ilə bağlı isə araşdırma başladılıb. Uşağın atılma səbəbi istintaqa aid məsələdir.

Gecə saatlarında bir körpənin qəbiristanlıqda buraxılıb gedilməsi nə deməkdir? O, bəlkə, itin, pişiyin qurbanı olardı, onda necə olardı? Çox güman ki, valideyn hüququndan məhrumetməyə veriləcək.

Bu uşaq təbii ki, sahibsiz deyil, haradasa bir ataları var, uşağa sahib çıxmadıqlarına görə, o uşaqlar tək analı kimi qeydiyyata düşür”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO