
- A-
- A
- A+
Azərbaycan-Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır
“Budəfəki "Sülh körpüsü" görüşünün fərqli cəhəti ümumi müzakirələrlə yanaşı, ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media məsələlərini əhatə edən 6 tematik komitənin fəaliyyət göstərəcəyidir”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan mediasına "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
F. Məmmədovun sözlərinə görə, əgər artıq beşinci görüş keçirilirsə və görüşlərimizin hər raundundan sonra iştirakçıların sayı artırsa, cəmiyyətlərimizin bu istiqamətə marağı çoxalırsa, bu, nailiyyətdir:
“Yəni dialoqun özünün aparılması, fikir mübadiləsi, bu prosesə cəlb olunan insanların sayının artması - bu, artıq nailiyyətdir".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































