Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü: Nələr müzakirə edildi? – Foto

Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü: Nələr müzakirə edildi? – Foto

Hazırda oxunan: Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü: Nələr müzakirə edildi? – Foto
649857
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 26-da Slovakiyaın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Bu baxımdan, Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.

Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO