Vahid Ələkbərovdan Azərbaycanla bağlı açıqlama

Vahid Ələkbərovdan Azərbaycanla bağlı açıqlama

Hazırda oxunan: Vahid Ələkbərovdan Azərbaycanla bağlı açıqlama
649819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın “LUKOYL” neft şirkətinin azərbaycanlı təsisçisi Vahid Ələkbərov Azərbaycanda və Qazaxıstanda həyata keçirilən layihələri unikal və uğurlu adlandırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə şirkətin 35 illiyinə həsr olunmuş, Səidə Medvedevanın müəllifi olduğu “Rusiya ilə neftdə birik” adlı sənədli filmdə danışıb.

Ələkbərov bildirib ki, şirkət xarici layihələr portfelinin formalaşdırılmasına Azərbaycan və Qazaxıstandan başlayıb. Onun sözlərinə görə, bu ölkələrdə unikal layihələr hazırlanıb və dövlət rəhbərləri onların işlənməsi üçün investisiyaların cəlb edilməsinə imkan yaradıblar.

“Biz xarici layihələr portfelinin formalaşdırılmasına Azərbaycan və Qazaxıstandan başladıq. Unikal layihələr hazırlanmışdı. Bu ölkələrin böyük rəhbərləri onların işlənməsi üçün investisiyaların cəlb edilməsinə imkan yaratdılar. Bu gün Bakıya baxmaq, əlbəttə, xoşdur. Çünki həm mərhum Heydər Əliyev, həm də İlham Əliyev yataqların işlənməsi və əldə olunan gəlirlərin insanların rifahı naminə istifadə edilməsi üçün çox iş görüblər”, – deyə Ələkbərov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya şirkəti fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə həmişə riayət edib.

“LUKOYL”la bağlı hər hansı sosial və ya siyasi qalmaqalın baş verdiyini xatırlaya bilməzsiniz. Biz həmişə razılığa gəlmək və problemləri həll etmək üçün imkanlar tapmışıq”, – deyə şirkətin təsisçisi bildirib.

Qeyd edək ki, daha əvvəl Vahid Ələkbərov şirkətə qarşı tətbiq edilən sanksiyaların xarici aktivlər portfelinin satılmasına səbəb ola biləcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO