Arda Turan “Şaxtyor”dan ayrıla bilər

Arda Turan “Şaxtyor”dan ayrıla bilər

Hazırda oxunan: Arda Turan “Şaxtyor”dan ayrıla bilər
649824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan 2026/2027 mövsümünün sonunda Ukrayna klubundan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı jurnalist Viktor Vatsko özünün “Vatsko on Air” verilişində məlumat yayıb.

Türkiyəli mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Lakin tərəflər hələ də əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəlməyiblər.

“Şaxtyor” rəhbərliyi indidən gələcək baş məşqçi ilə bağlı variantları fəal şəkildə nəzərdən keçirməlidir. Yayda Turanın müqaviləsi başa çatır. Arda Turanın yeni müqavilə imzalamağa hazır olması barədə məlumatım yoxdur”, – deyə Vatsko bildirib.

Xatırladaq ki, Arda Turan 2025-ci ilin iyulundan “Şaxtyor”a rəhbərlik edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO