“Sabah”la oyunda ölən Rusiya vətəndaşı tikinti şirkətinin baş direktoru imiş - Foto - Video

“Sabah”la oyunda ölən Rusiya vətəndaşı tikinti şirkətinin baş direktoru imiş - Foto - Video

Hazırda oxunan: “Sabah”la oyunda ölən Rusiya vətəndaşı tikinti şirkətinin baş direktoru imiş - Foto - Video
649835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Bakıda keçirilən “Sabah” - “Barselona” matçı zamanı Rusiya vətəndaşı vəfat edib. 39 yaşlı Anton Petrişev Çempionlar Liqasının oyununu izləmək üçün bir gün əvvəl xüsusi olaraq Azərbaycana gəlib.

Oyun zamanı onun qəfil halı pisləşib. Kişi huşunu itirərək tribunada yerə yıxılıb. Hadisə şahidləri tibbi yardım əməkdaşlarını çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümün səbəbi ürək çatışmazlığı olub. Hazırda onun meyiti morqdadır.

Bizim.Media SHOT Telegram kanalına istinadən xəbər verir ki, Anton Krasnoyarsk diyarının İqarka şəhərində anadan olub, son bir neçə ildə Moskvada yaşayıb.

O, layihə-tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olub.

Mərhum çox səyahət edib, tez-tez Maldiv adalarında istirahət edib. Özü isə Moskvanın “Lokomotiv” futbol klubunun azarkeşi olub.

Alınan son məlumata görə, Anton Petrişev Bakıya 11 yaşlı oğlu ilə gəlibmiş.



“Sabah”la oyunda ölən Rusiya vətəndaşı tikinti şirkətinin baş direktoru imiş - Foto - Video - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO