Bakıda dələduz saxlanıldı – Görün nə edibmiş?

Bakıda dələduz saxlanıldı – Görün nə edibmiş?

Hazırda oxunan: Bakıda dələduz saxlanıldı – Görün nə edibmiş?
649838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “TikTok”da yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib. Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.

Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib.

Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər. Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

“Vətəndaşlara bir daha müraciət edirik ki, sosial şəbəkələrdə “yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit” və “ilkin ödənişsiz avtomobil” vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur”, -deyə DİN-in məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO