Bakıda yaşayış binasında yanğın – Foto

Bakıda yaşayış binasında yanğın – Foto

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın – Foto
649855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətində Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb.

Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bakıda yaşayış binasında yanğın – Foto - foto 1
Bakıda yaşayış binasında yanğın – Foto - foto 2
Bakıda yaşayış binasında yanğın – Foto - foto 3
Bakıda yaşayış binasında yanğın – Foto - foto 4
Bakıda yaşayış binasında yanğın – Foto - foto 5
Bakıda yaşayış binasında yanğın – Foto - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO