Özcan Deniz və Deniz Çakır azadlığa buraxıldı

Özcan Deniz və Deniz Çakır azadlığa buraxıldı

Hazırda oxunan: Özcan Deniz və Deniz Çakır azadlığa buraxıldı
649814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan doqquz nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, azadlığa buraxılanlar arasında Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel var.

İstintaq çərçivəsində hakim qarşısına çıxarılan müğənni Ceylan Kaya isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunaraq həbs edilib.

Əməliyyat zamanı saxlanılan 24 nəfərdən 14-ü əlavə araşdırma tədbirlərinin aparılması üçün yenidən polisə qaytarılıb. Saxlanılan Burak Yeter də daxil olmaqla, ümumilikdə 15 nəfərin barəsindəki istintaq tədbirlərinin davam etdiyi bildirilir.

İfadəsində Özcan Deniz ona qarşı irəli sürülən ittihamları rədd edib.

O, narkotik istifadə etmədiyini və vasitəçiliklə məşğul olmadığını bildirib. Müğənni iki ildir ürək xəstəliyinə görə həkim nəzarətində olduğunu və reseptlə verilən dərmanlardan istifadə etdiyini, həmçinin qan və saç analizləri verdiyini söyləyib.

Deniz Çakır da narkotik maddə istifadə etmədiyini, narkotik satan heç kimi tanımadığını deyərək ittihamları qəbul etməyib. O, reseptlə verilən dərmanlardan istifadə etdiyini və telefonunun şifrəsini istintaqa təqdim etdiyini bildirib.

Burcu Özberk isə çəkiliş meydançasındakı sıx iş qrafikinə görə gecə həyatının olmadığını və narkotik istifadə edilən məkanlarda iştirak etmədiyini söyləyərək iddiaları rədd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO