
- A-
- A
- A+
Tramp Ukrayna ilə razılaşma üçün Putinə çağırış etdi
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çində apardığı danışıqlarda Avropa ərazisində Rusiyanın hərbi təcavüzünün dayandırılması məsələsinə xüsusi diqqət ayırdığını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Onun sözlərinə görə, hərbi əməliyyatların dayandırılması Rusiya ilə Ukrayna arasında tezliklə razılaşma əldə olunması üçün şərait yarada bilər.
Tramp razılaşmanın əldə olunmasını real perspektiv kimi qiymətləndirib və münaqişə nəticəsində hər ay minlərlə insanın öldüyünü vurğulayaraq, baş verənləri “qanlı qırğın” adlandırıb.
ABŞ lideri əlavə edib ki, Rusiya Prezidenti ilə söhbətinin nəticələri barədə Mar-a-Laqoda keçirilən görüş zamanı NATO-nun baş katibi Mark Rutteyə də məlumat verib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































