Şimali Kiprdə gəmi qəzasına görə daha bir Azərbaycan vətəndaşı saxlanıldı

Şimali Kiprdə gəmi qəzasına görə daha bir Azərbaycan vətəndaşı saxlanıldı

Hazırda oxunan: Şimali Kiprdə gəmi qəzasına görə daha bir Azərbaycan vətəndaşı saxlanıldı
649850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, həmin şəxs gəmi ekipajının keçmiş üzvüdür.

Gəmi qəzasına səbəb olduğu bildirilən çartdağı ilk aşkarlayan, onun fotosunu çəkərək ikinci kapitana göndərən həmin şəxsin 1 gün müddətinə həbsdə saxlanılmasına qərar verilib.

"Report"un əldə etdiyi məlumata görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin isə axtarışı davam edir. Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.

Başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində ittiham maddəsi dəyişdirilib.

Cinayət işinin əvvəlində təqsirləndirilən şəxslərə qarşı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülsə də, bu gün ittiham "adam öldürmə" maddəsi ilə əvəzlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO