Avropa İttifaqının sammitində İspaniyanı Makron təmsil edəcək

Avropa İttifaqının sammitində İspaniyanı Makron təmsil edəcək

Hazırda oxunan: Avropa İttifaqının sammitində İspaniyanı Makron təmsil edəcək
649853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa Prezidenti Emmanuel Makron İspaniyanın Baş naziri Pedro Sançesdən 26–27 noyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində İspaniyanı təmsil etmək səlahiyyəti alıb.

Bizim.Media "Euronews" telekanalına istinadən xəbər verir ki, bu qərar iki lider arasındakı yaxın şəxsi münasibətlər və möhkəm siyasi əlaqələr nəzərə alınaraq qəbul edilib.

Beləliklə, Brüsseldə baş tutacaq sammitdə İspaniyanın məhz Fransa lideri təmsil edəcək.

Məlumata görə, Pedro Sançes noyabrın 29-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı sıx iş qrafikinə görə sammitdə şəxsən iştirak edə bilməyəcək.

Xatırladaq ki, İspaniyanın Baş naziri oktyabrın 5-də parlamentin buraxıldığını elan edib.

O bildirib ki, bir çox ispaniyalı hazırkı hakimiyyətdən narazıdır və hökumət qarşıya qoyulan bütün vəzifələri, o cümlədən bərabərsizliklə mübarizə, dövlət xidmətlərinin inkişafı və mənzil əlçatanlığının təmin edilməsi sahəsindəki hədəfləri tam yerinə yetirə bilməyib.

Sançes qeyd edib ki, yeni islahatlar aparmaq üçün İspaniya hökumətinə əhalinin dəstəyini yeniləmək və genişləndirmək, həmçinin parlamentdə daha geniş mütərəqqi çoxluğun formalaşmasına nail olmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO