Trıpp şirkəti yaradıldı: Paşinyandan açıqlama - Video

Trıpp şirkəti yaradıldı: Paşinyandan açıqlama - Video

Hazırda oxunan: Trıpp şirkəti yaradıldı: Paşinyandan açıqlama - Video
649802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan hökuməti “TRIPP Development Company” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarları arasında bağlanacaq səhmdar sazişinin təsdiq edilməsi və ərazi idarəetməsi və infrastruktur nazirinə müvafiq səlahiyyətlərin verilməsi haqqında qərar layihəsini təsdiqləyib. Bu, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 2026-cı il iyunun 4-də imzalanmış çərçivə sazişinin həyata keçirilməsi istiqamətində mühüm addımlardan biridir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, TRIPP layihəsinin həyata keçirilməsində növbəti mühüm mərhələyə qədəm qoyulur:

“Artıq səhmdar sazişinin mətni razılaşdırılıb. Sənəd bir həftə ərzində imzalanacaq, bundan sonra şirkət Ermənistanda qeydiyyata alınacaq və praktiki fəaliyyətə başlamaq imkanı əldə edəcək”.

Paşinyan əlavə edib ki, TRIPP layihəsinin praktiki icrası ilə bağlı hazırlıq işlərinə artıq bu həftənin bazar ertəsi başlanılıb:

“Xüsusilə dəmir yolu sahəsində ərazinin təmizlənməsi işləri aparılır, tikinti meydançasında hazırlıq tədbirləri görülür. Bununla yanaşı, avtomobil və dəmir yolları, eləcə də elektrik verilişi xətləri üzrə layihələndirmə işləri həyata keçirilir”.

Baş nazir qeyd edib ki, hazırda bütün bu işləri Ermənistan hökuməti görür:

“TRIPP Development Company” tam formalaşdıqdan sonra işlər həmin şirkətə təhvil veriləcək və o, prosesi dayandırmadan mövcud mərhələdən davam etdirəcək”

Paşinyan TRIPP layihəsini Ermənistanın müstəqillik əldə etməsindən bəri iqtisadi miqyas və maliyyə baxımından, ehtimal ki, ən böyük iqtisadi layihəsi adlandırıb.

O bildirib ki, gözlənilən paralel proseslər də nəzərə alınmaqla, bu layihə mütləq həyata keçirilməlidir.

“İndi, necə deyərlər, TRIPP-in həyata keçirilməsinin praktiki mərhələsinə keçirik. Əlbəttə, bu mövzu barədə dəfələrlə danışmışıq və əlavə izahatlara ehtiyac yoxdur. Lakin burada vacib məqam odur ki, haqqında danışdığımız bütün məsələlər açıq yazılı sənədlərdə də öz əksini tapıb.

Hesab edirəm ki, ən vacib məqam məhz budur. Bizim prinsipimiz belə olub və belə də qalır: bütün məsələlər üzrə tam şəffaf şəkildə işləyəcəyik ki, heç bir əlavə sual və qaranlıq məqam qalmasın. Həm TRIPP layihəsində, həm də digər məsələlərdə bu yanaşmanı davam etdirməliyik”, – Paşinyan vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO