Hövsan Sağlamlıq Mərkəzində rentgen kabinetinin işləməməsinə TƏBİB-dən açıqlama

Hövsan Sağlamlıq Mərkəzində rentgen kabinetinin işləməməsinə TƏBİB-dən açıqlama

Hazırda oxunan: Hövsan Sağlamlıq Mərkəzində rentgen kabinetinin işləməməsinə TƏBİB-dən açıqlama
649864
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hövsan qəsəbəsində, MİDA yaşayış kompleksinin ərazisində yerləşən Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatının olmaması ilə bağlı sakinlərin narazılığını Bizim.Media gündəmə gətirmişdi.

Sakinlər rentgen müayinəsindən keçmək üçün 23 nömrəli Şəhər Poliklinikasına üz tutduqlarını, burada isə cəmi bir aparatın fəaliyyət göstərməsi səbəbindən uzun növbələrlə qarşılaşdıqlarını bildirmişdilər.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda Hövsan Sağlamlıq Mərkəzinin rentgen kabinetində təmir işləri aparıldığı üçün onun fəaliyyəti müvəqqəti dayandırılıb.

MÖVZU İLƏ BAĞLI: 

Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir - Şikayət

Qeyd olunub ki, təmir işlərinin yaxın müddətdə başa çatdırılması və rentgen kabinetinin yenidən istifadəyə verilməsi nəzərdə tutulur.

TƏBİB-dən əlavə edilib ki, bu müddət ərzində rentgen müayinəsinə ehtiyacı olan pasiyentlərin müayinələrinin davamlılığını təmin etmək məqsədilə onlara Hövsan qəsəbəsində yerləşən 23 nömrəli Şəhər Poliklinikasına tibbi göndəriş verilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO