Təqaüd düzəltmək adı ilə veteranın 6 min manatı ələ keçirildi

Təqaüd düzəltmək adı ilə veteranın 6 min manatı ələ keçirildi

Hazırda oxunan: Təqaüd düzəltmək adı ilə veteranın 6 min manatı ələ keçirildi
649818
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqanda sosial təminat hüququndan yararlanmaq istəyən veteranın pulu ələ keçirilib.

Bizim.Media xəbər verir ki, rayon sakini olan N.Kazımov müharibə veteranı olan tanışının bir müddətdir 6 500 manat pul vəsaiti topladığını öyrənib.

N.Kazımov zərərçəkənin ona inanacağına əmin olaraq həmin pulu ələ keçirmək üçün əlillik təqaüdü düzəldəcəyi barədə vəd verib. O, bu yolla zərərçəkəndən 6 400 manat maddi vəsait alsa da, vədinə əməl etməyib.

Beyləqan rayonunda polis tərəfindən keçirilən tədbirlə vətəndaşı aldadıb maddi vəsaitini mənimsəyən, əvvəllər də dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş N.Kazımov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO