Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

Hazırda oxunan: Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi
649813
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda xuliqanlıq əməlinə yol verən şəxs həbs olunub.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Seyidf Əzim Şirvani küçəsində qeydə alınıb.

23 yaşlı Arif Bədəlov (şərti adla) səhər saat 5 radələrində sərxoş halda küçədə siqaret çəkib və sonda kötüyü yerə atıb.

Ərazidə xidmət aparan polis əməkdaşları buna görə ona irad bildirəndə, Arif qanuni tələbə məhəl qoymayaraq, tabesizlik göstərib. Bu əməlinə görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

A. Bədəlov əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Arif Bədəlov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO