
- A-
- A
- A+
Rusiya Zaporojyeyə zərbə endirdi - Milli Polisin 4 müstəntiqi həlak oldu – Foto
Rusiya ordusu Zaporojyeyə zərbə endirib. Nəticədə Milli Polis Baş İdarəsinin vilayət üzrə İstintaq İdarəsinin xüsusilə ağır cinayətlərin araşdırılması şöbəsinin dörd müstəntiqi həlak olub.
Bizim.Media xəbər verir ki, faktı Zaporojye vilayətinin Polis İdarəsinin rəisi Artem Kisko təsdiq edib.
Həlak olanlar arasında şöbənin 40 yaşlı rəhbəri, polkovnik-leytenant Ruslan Siroux, 36 yaşlı mayor Yekaterina Reznikova, 32 yaşlı kapitan Oksana Risei və 38 yaşlı kapitan Yevgeni Smıkov var.
Hücum zamanı onlar birlikdə xidmətdə olublar. Üç polis əməkdaşı hadisə yerində həlak olub.
Onların rəhbərinin həyatını xilas etmək üçün həkimlər bir sutkadan çox mübarizə aparıblar. Təəssüf ki, ertəsi gün onun ürəyi dayanıb.
Həlak olanların övladları və yaxınları qalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































