
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 26.11.2026
1 dəq oxunma
Dubaydan Bakıya gələn şəxs aeroportda saxlanıldı: Üzərindən 166 minlik qızıl çıxdı - Foto
Hazırda oxunan: Dubaydan Bakıya gələn şəxs aeroportda saxlanıldı: Üzərindən 166 minlik qızıl çıxdı - Foto
649805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən iki ədəd boyunbağı aşkarlanıb.
Məlum olub ki, zinət əşyaları 750 əyarlı 79.27 qram qızıl və 57.779 karat brilyantdan hazırlanıb. Onların ümumi dəyəri 166 min 610 manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































