Bakıda tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edildi – Foto

Bakıda tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edildi – Foto

Hazırda oxunan: Bakıda tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edildi – Foto
649796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən tarixi binanın giriş qapısı bərpa edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı məlumat və görüntülər yayılmışdı.

Belə ki, tarixi binanın birinci mərtəbəsində yerləşən giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edildiyi bildirilirdi.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb. Araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib.

Yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib.

Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki , tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir.

Bakıda tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edildi – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO