
- A-
- A
- A+
Krım yarımadası tamamilə işıqsız qaldı
Krım yarımadası kənarda baş verən qəza səbəbindən tamamilə işıqsız qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sevastopolenerqo” və “Krımenerqo” şirkətləri məlumat yayıb.
“Bölgəmizdən kənarda yerləşən enerji obyektlərində baş vermiş qəza ilə əlaqədar Sevastopola elektrik enerjisinin verilməsi dayandırılıb. Vəziyyət normallaşana qədər avadanlıqların zədələnməsinin qarşısını almaq üçün elektrik cihazlarını şəbəkədən ayırmağınızı xahiş edirik. Energetiklər elektrik təchizatının mümkün qədər tez bərpası üçün bütün zəruri tədbirləri görürlər. Sonrakı dəyişikliklər barədə əlavə məlumat verəcəyik”, – deyə şirkətin məlumatında bildirilir.
TASS agentliyi “Krımenerqo”ya istinadən yarımadanın bütün ərazisində elektrik enerjisinin kəsildiyini xəbər verib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































