"Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb

"Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb

Hazırda oxunan: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
649830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan oyunda tribunalarda 66321 tamaşaçı əyləşib.

Bu göstərici ilə qarşılaşma azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada İspaniyanın "Real" klubunun Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş yer alıb. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın "İnter" klubu ilə Almaniyanın "Ştutqart" kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

Qeyd edək ki, "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO