Sevda Tahirli: “Kəlağayı hansı ölkədə istehsal olunursa, deməli orda azərbaycanlı usta çalışır”

Sevda Tahirli: “Kəlağayı hansı ölkədə istehsal olunursa, deməli orda azərbaycanlı usta çalışır”

Hazırda oxunan: Sevda Tahirli: “Kəlağayı hansı ölkədə istehsal olunursa, deməli orda azərbaycanlı usta çalışır”
649869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kəlağayının başqa ölkələrdə istehsal olunması onun həmin xalqlara məxsus olduğu anlamına gəlmir”.

Bizim.Media xəbər verir ki, bunu “Azərbaycan Kəlağayısı Günü”nə həsr olunmuş  “İPƏK İRSİMİZ - KƏLAĞAYI” adlı maarifləndirici və mədəni tədbirdə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli bildirib.

O qeyd edib ki, kəlağayı bır sıra şərq və Asiya ölkələrində – Özbəkistanda, Türkmənistanda, İranda da müxtəlif adlarla, amma eyni texnologiya ilə hazırlanır.

“Kələğayı öz istehsal incəliyinə, fəlsəfəsinə, mahiyyətinə görə sırf Azərbaycana məxsus milli sənət nümunəsidir. Əgər başqa ölkədə kələğayı varsa, demək orda Azərbaycan ustaları çalışır. Qadınların daşıdığı, amma kişilərin min bir zəhmətlə ərsəyə gətirdiyi bu örpəyin hazırlanmasının öz sirləri var. Üzərindən illər keçsə də o boya solmur, silinmir.

Kəlağayı ulu nənələrimizin qismət örpəyi olub, qurulan ailələrin, nişan mərasimlərinin xonçalarının, doğulan uşaqların beşiyinin bəzəyi olub.  Bir zamanlar sovet dövründə müqəddəs kəlağayılarımız başqa parçalardan hazırlanan örpəklərlə əvəzlənməyə başladı. Bu, əslində, bizi milli mədəniyyətimizdən, adət-ənənələrimizdən uzaqlaşdırmaq cəhdi idi. Bu gün isə özümüzə qayıdıb, ənənələrimizə sahib çıxdığımıza çox sevinirəm”.

Şəfiqə Şəfa, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO