Övladlarına aliment verməyən anaya elektron qolbaq taxıldı

Övladlarına aliment verməyən anaya elektron qolbaq taxıldı

Hazırda oxunan: Övladlarına aliment verməyən anaya elektron qolbaq taxıldı
649795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlaxda övladlarına aliment ödəməyən qadın məhkum edilib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.

Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib. O, bir müddətdən sonra həyat yoldaşından ayrılıb və uşaqlar atanın himayəsində qalıb.

Həmin vaxtdan etibarən hər uşağın yetkinlik yaşına çatdırılması üçün qadından 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutulması müəyyən edilib. Lakin ana məhkəmə qərarını icra etməyib və aliment ödəməkdən yayınıb.

Bundan sonra ata hüquq-mühafizə orqanlarına müraciət edib, faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmə istintaqı dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb. Məhkəmənin hökmü ilə qadına 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO