
- A-
- A
- A+
Azərbaycan bu il 12 milyard dollarlıq neft ixrac edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 812 047,6 min ABŞ dolları dəyərində 10 532 637,45 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb.
Hesabat dövründə, bu ölkəyə 974 771,22 min dollar dəyərində 1 413 395,46 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 666 532,13 min dollar 830 049,03 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 12 161 967,27 min dollarlıq 18 392 916,04 ton neft ixrac edib. (Apa.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































