Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto

Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto

Hazırda oxunan: Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto
649868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.

Bizim.Media xəbər verir ki, iki günlük səfər çərçivəsində “Azersun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.

Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.

Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azersun Holding” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.

Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto - foto 1
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto - foto 2
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto - foto 3
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto - foto 4
Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb – Foto - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO