FIFA-nın rəsmi saytı kiberhücuma məruz qaldı

FIFA-nın rəsmi saytı kiberhücuma məruz qaldı

Hazırda oxunan: FIFA-nın rəsmi saytı kiberhücuma məruz qaldı
649859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

FIFA-nın rəsmi saytı kiberhücuma məruz qalıb. Nəticədə hakerlər təşkilatın şəxsi və xidməti məlumatlarına giriş əldə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Record” nəşri məlumat yayıb.

FIFA hadisə ilə bağlı yaydığı bəyanatda şəxsi məlumatların qanunsuz əldə edilməsini və yayılmasını qətiyyətlə pisləyib. Təşkilat bildirib ki, bu cür əməllər şəxsi həyatın toxunulmazlığının ciddi və yolverilməz şəkildə pozulmasıdır və zərərçəkənlər üçün ciddi nəticələrə səbəb ola bilər.

Qurumun məlumatına görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir.

“Handsome Boy Hacking Club” adlı haker qrupu 12 giqabaytdan çox məlumatı ələ keçirdiyini və uğursuz şantaj cəhdindən sonra həmin məlumatları yayımladığını iddia edib. Bununla belə, FIFA oğurlandığı bildirilən məlumatların həcmini təsdiqləməyib.

“Sky Sports”un jurnalisti Rob Harrisin məlumatına görə, hakerlər ali futbol qurumunun reallaşmayan “FIFA Forward Enterprise” (FFE) layihəsi ilə bağlı sənədlərə giriş əldə edə bilməyiblər.

Qeyd edək ki, iyul ayında FIFA prezidenti Canni İnfantino təşkilatın turnirlər üzrə kommersiya hüquqlarının idarə edilməsi məqsədilə FFE şirkətinin yaradılmasını təklif etmişdi.

Plana əsasən, şirkətin səhmlərinin təxminən 20 faizinin investorlara 4,2 milyard dollara satılması nəzərdə tutulurdu. Layihə ilə bağlı tənqidlərdən sonra onun həyata keçirilməsindən imtina edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO