Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq - Foto

Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq - Foto

Hazırda oxunan: Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq - Foto
649870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfər edəcək. O, səfər çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, açılış mərasimi ilə yanaşı, Marqus Tsahkna Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə biznes, innovasiya və rəqəmsal idarəetmə sahələrində əlaqələrin inkişafı müzakirə olunacaq.

Tərəflər, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü, regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

Sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO