“Sabah”ın qapıçısı Çempionlar Liqasında qurtarış sayına görə liderdir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında qurtarış sayına görə liderdir

Hazırda oxunan: “Sabah”ın qapıçısı Çempionlar Liqasında qurtarış sayına görə liderdir
649812
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah” klubunun qazaxıstanlı qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının cari mövsümündə göstərdiyi performansla diqqət çəkir.

Bizim.Media xəbər verir ki, qolkiper turnirin liqa mərhələsinin 5 turundan sonra qurtarışların sayına görə bütün qapıçılar arasında birinci yerdə qərarlaşıb.

Onun hesabında 31 seyv var. Bu göstərici ilə Stas Pokatilov “Brügge”nin qapıçısı Yan Sommeri (28) və “Portu”nun qolkiperi Dioqu Koştanı (26) qabaqlayır.

Bundan başqa, 33 yaşlı qapıçının UEFA Çempionlar Liqasının V turunda İspaniyanın “Barselona” komandası ilə Bakıda keçirilən görüşdə etdiyi qurtarış turun ən yaxşı seyvindən biri seçilib.

Həmin qarşılaşmada Stas Pokatilov 9 dəfə rəqibin zərbəsini dəf edib. Görüş Azərbaycan təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Stas Pokatilov cari mövsüm Çempionlar Liqasında beş qarşılaşmada iştirak edib və bir oyunda qapısını toxunulmaz saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO