İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib - Foto

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib - Foto

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib - Foto
649829
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ və Şərqi Zəngəzurda əhalinin məşğulluğunun təminatında əmək yarmarkaları əhəmiyyətli rola malikdir.

Bizim.Media xəbər verir ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirib.

O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.

Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar.

İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait yaranıb.

Eyni zamanda, Laçında peşə yarmarkası da təşkil edilib. Tədbirdə işəgötürənlər tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub. Bu peşələr və onlarla bağlı tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumatlar verilib, ustad dərsləri keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO