“Sabah” Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - Foto

“Sabah” Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - Foto

Hazırda oxunan: “Sabah” Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - Foto
649894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah” klubu “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı komandanın sosial şəbəkə hesablarında paylaşım edilib.

““Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.

“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub. 

“Sabah” Bakıya gələn rusiyalı azarkeşin vəfatı ilə bağlı başsağlığı verdi - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO