Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu

Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu

Hazırda oxunan: Yeniyetmə qıza qarşı əxlaqsız hərəkətlər edən gənc həbs olundu
649884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi şəhərində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan şəxs həbs edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon sakini 2008-ci il təvəllüdlü Məmməd Məmmədov (ad-soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb olunub.

Araşdırmalarla müəyyən edilib ki, 2025-ci ilin 31 dekabr tarixində Ağdam sakini Mustafa Mustafayev dostu Məmmədlə birgə Ağdamdan Xankəndiyə gediblər. Onlar şəhərin mərkəzi meydanında Mustafanın tanış olduğu qızla görüşüblər.
 

Bu zaman həmin qızın yanında 2012-ci il təvəllüdlü Südabə də olub və Məmməd onunla tanış olub. Daha sonra onlar Xankəndidəki evə gediblər. Burada Məmməd yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlərə yol verib.


Bu hadisədən bir neçə gün sonra Südabə ailəsini tərk edərək özbaşına Bakıya qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə tapılan qız ailəsinə təhvil verilib. Bundan sonra onun Yeni il gecəsi başına gələn hadisə də üzə çıxıb və Ağdam sakini barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. İşin materiallarına Xankəndi Şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə 18 yaşlı Məmmədə 3 il həbs cəzası verilib. Məhkəmə prosesi dövründə ev dustaqlığında olan gənc iclas zalındaca qandallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO