
- A-
- A
- A+
İlahə Fərmanlı direktor təyin olundu
İlahə Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2016-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan İlahə Fərmanlı bu təyinata qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, 27 noyabr 2026-cı il saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































