Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Hazırda oxunan: Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi
649893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 26-da Bakıda Avropa Komissiyası ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib. 

Məlumata görə, görüşə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska həmsədrlik ediblər.
 

Dialoq Aİ-Azərbaycan münasibətlərində əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edib. Görüşün Avropa ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirən və Aİ-nin Qara dəniz regionuna dair Strateji Yanaşmasının əsas təşəbbüslərindən biri olan Regionlararası Bağlantı Gündəliyinə töhfə verdiyi qeyd olunub.


Dialoq zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Xüsusilə regional bağlantılar və aviasiya əlaqələrinə diqqət yetirilib. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhliz üzərində strateji körpü rolunu oynaması vurğulanıb.

Regional bağlantılarla bağlı müzakirələrdə dəhlizin prioritet infrastruktur layihələrinin, o cümlədən Bakı Limanının və Naxçıvan dəmir yolunun inkişafı istiqamətində əldə olunan irəliləyiş nəzərdən keçirilib.

Tərəflər regionda baş verən son dəyişiklikləri və yeni bağlantı təşəbbüslərini nəzərə almaqla, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Azərbaycan ərazisindəki xəritəsinin genişləndirilməsi imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.
 

Aviasiya sahəsində isə Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqların hazırkı vəziyyəti və sənədin yekunlaşdırılması üçün atılmalı olan növbəti addımlar müzakirə edilib.


Görüşdə, həmçinin, nəqliyyatın rəqəmsallaşdırılması, dayanıqlı aviasiya yanacaqlarından istifadə və dəmir yolu sistemlərinin qarşılıqlı uyğunluğu məsələlərinə toxunulub.

Dialoqun yekununda tərəflər daha səmərəli, dayanıqlı və davamlı Orta Dəhlizin inkişafı naminə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə müntəzəm fikir mübadiləsinin intensivləşdirilməsi, xüsusilə TEN-T şəbəkəsinin Azərbaycan üzrə genişləndirilməsi ilə bağlı texniki səviyyədə işlərin davam etdirilməsi və Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səylərin artırılması barədə razılıq əldə olunub.

Növbəti Yüksək Səviyyəli Nəqliyyat Dialoqu 2027-ci ildə Brüsseldə keçiriləcək. Görüş zamanı əməkdaşlığın bütün istiqamətləri üzrə əldə olunan nəticələr nəzərdən keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO