
- A-
- A
- A+
Uşaqlara quru çörək verilir, stolun üstündə nəzarətsiz bıçaq saxlanılır - Bağçadan acınacaqlı görüntülər - Video
İsmayıllı şəhər 4 saylı uşaq bağçasında azyaşlıların qidalanması, təhlükəsizliyi və saxlanma şəraiti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə sözügedən müəssisədə övladı təhsil alan valideyn məlumat verib.
Valideynin sözlərinə görə, bağçada uşaqlar dövlət tərəfindən müəyyən edilmiş normalara uyğun qidalandırılmır.
Belə ki, müəssisənin yeməkxanasından əldə edilən görüntülərdə nahar vaxtı uşaqlara yalnız yağ və çörək verildiyi əks olunub. Kadrlarda 10-dan çox uşağın bəzilərinin hətta quru çörək yediyi aydın görünür.
Görüntülərin diqqət çəkən və təhlükə yaradan digər məqamı isə uşaqların əyləşdiyi masanın üzərində nəzarətsiz şəkildə bıçağın qoyulmasıdır. Azyaşlıların əli çatan yerdə kəsici alətin saxlanılması onların həyatı və sağlamlığı üçün birbaşa risk yaradır.
Bağçada qida problemi ilə yanaşı, istilik təchizatı ilə bağlı da çatışmazlıqlar mövcuddur. Valideyn bildirir ki, müəssisənin yataq otağı soyuqdur. Bundan əlavə, yeməkxananın döşəməsinin xalça və ya digər örtüklərlə təmin olunmaması uşaqların üşüməsinə və xəstələnməsinə səbəb olur.
Müraciət edən valideyn qeyd olunan faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən bağçada yoxlama aparılmasını və yol verilən intizam pozuntularının aradan qaldırılmasını xahiş edir. (Mənbə: patrul.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































