Kəmalə Yusifova departament rəhbəri oldu

Kəmalə Yusifova departament rəhbəri oldu

Hazırda oxunan: Kəmalə Yusifova departament rəhbəri oldu
649832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat baş tutub.

Bizim.Media xəbər verir ki, Kəmalə Yusifova “Kurort”un İnsan Resursları departamentinin rəhbəri təyin olunub.

O, 2025-ci ilin aprelindən “Kurort” QSC-də HR meneceri, 2021-ci ilin martından isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməyin mühafizəsi üzrə mühəndis və 2021-ci ilin fevralından həmin institutda SƏTƏM meneceri vəzifələrində çalışıb.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

"Kurort" QSC-nin sanatoriya filiallarına Bilgəh Kardioloji Sanatoriyası, Abşeron Mədə-Bağırsaq Sanatoriyası, Qaranquş Uroloji Sanatoriyası, Günəşli Nevroloji Sanatoriyası, Şıx Dayaq-Hərəkət Xəstəlikləri Sanatoriyası, Buzovna Fizioterapiya Mərkəzi daxildir. (Yurd.Media)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO