Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Hazırda oxunan: Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
649791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 000 AZN olan 165 pul mükafatı öz sahibini tapıb.

İlk tiraj çərçivəsində 100 nəfər 100 AZN, 50 nəfər 200 AZN, 10 nəfər 1000 AZN, 4 nəfər 5000 AZN, 1 nəfər isə 20 000 AZN məbləğində pul mükafatı qazanıb.

Qeyd edək ki, “Yığ və qazan” lotereyası 8 oktyabr 2026-cı il – 8 yanvar 2027-ci il tarixlərini əhatə edir. “Yığ və qazan” lotereyasında şansların sayı müştərinin Yığım hesabı üzrə həyata keçirdiyi əməliyyatlara və yığım davranışına əsasən formalaşır. Belə ki, hesab açmaq, ona vəsait əlavə etmək, yığım məqsədi müəyyənləşdirmək, avtomatik artırmanı aktivləşdirmək və hesabda yeni vəsait saxlamaq kimi fəaliyyətlər əlavə şans qazandırır. Lotereyada həm mövcud, həm də yeni AZN və USD Yığım hesabı olan Birbank müştəriləri iştirak edə bilərlər. İştirakçılar Birbank tətbiqində “Bizdən sizə” → “Lotereya” bölməsinə daxil olaraq yerinə yetirə biləcəkləri tapşırıqları və qazandıqları şansların sayını görə bilərlər.

 Lotereyanın növbəti tirajları 24 dekabr 2026-cı il və 21 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Final tirajında 50 000 AZN məbləğində baş mükafat sahibini tapacaq.

I tirajın qaliblərinin siyahısı: //www.b-b.az/bbsvptrj 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO