Cared Kuşner: “Ukrayna danışıqlarında ərazi məsələsi dalana dirənib” - Video

Cared Kuşner: “Ukrayna danışıqlarında ərazi məsələsi dalana dirənib” - Video

Hazırda oxunan: Cared Kuşner: “Ukrayna danışıqlarında ərazi məsələsi dalana dirənib” - Video
649787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ərazi məsələsi dalana dirənib, lakin Ukraynanın NATO-ya üzvlüyü hələ də mümkündür”.

Bizim.Media xəbər verir ki, bunu Trampın kürəkəni və danışıqlar prosesinin iştirakçısı Cared Kuşner müsahibəsində bildirib.

O, bu qənaətə Putin və Rusiya tərəfinin nümayəndələri ilə saatlarla davam edən danışıqlardan sonra gəldiyini deyib.

Ukraynanın NATO-ya üzvlüyünün nə dərəcədə real olduğu ilə bağlı suala Kuşner belə cavab verib:

“Hər şey mümkündür. Biz hər iki tərəfə həll yolu tapmaq imkanı verəcəyik”.

Onun sözlərinə görə, Rusiya Ukrayna və Avropa qoşunlarının öz sərhədləri yaxınlığında cəmləşməsinin qarşısını almaq istəyir, Ukrayna isə Rusiyanın yenidən müdaxiləsinin qarşısını alacaq təhlükəsizlik zəmanətləri əldə etməyə çalışır.

Bununla yanaşı, Kuşner hesab edir ki, Putin hələlik təmkin nümayiş etdirir:

“Bizi inandırıb ki, nüvə silahından istifadə etməyəcək”.


O, həmçinin Vaşinqtonun Zelenskiyə təzyiq göstərdiyini inkar edərək, ABŞ-ın vasitəçi kimi çıxış etdiyini və kəşfiyyat məlumatları da daxil olmaqla, Ukraynaya dəstəyin davam etdirildiyini bildirib.

Kuşner Avropa ilə qarşılıqlı fəaliyyətin çətinliklərindən də şikayətlənib. Onun sözlərinə görə, Avropada həqiqətən rəhbərlik edən heç kim yoxdur.

Bununla belə, o vurğulayıb ki, yekun razılaşmanın nəticəsindən asılı olmayaraq, Ukrayna Avropanın gələcək təhlükəsizlik arxitekturasının əsas elementi olacaq.

Kuşner, həmçinin əlavə edir ki, Ukrayna və Rusiya əsgərləri bir-birlərinə nifrət etmirlər, sadəcə ailələrinin yanına, evlərinə qayıtmaq istəyirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO