Prezidentdən Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN 

Prezidentdən Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN 

Hazırda oxunan: Prezidentdən Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN 
174183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb.

Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq. 
Nazirlik, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. 

Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə həyata keçirirdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO